Yuri Maksimov: "Azərbaycanda 3 klubun prezidenti var"

11:16 - 8 İyun 2018

"Azərbaycan kubokunda qələbə mənim üçün ilk titul deyil".

 

Sportal.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis Azərbaycan futbolu barədə maraqlı fikirlər səsləndirib:

 

"Azərbaycan mənim üçün yeni ölkədi. Orda fərqli futbol və yanaşma var. Düşünürəm ki, Azərbaycan keçirdiyim 5 ay ərzində çox şeyə nail oldum. Orda mentalitet də fərqlidi. Biz futbolçulara istirahət etmək, gəzmək imkanı veririk. Ancaq Azərbaycanda hər şey rejimlədi. AFFA çempionatın 5 komandasını himayəsinə götürüb. Digər 3 klubun isə öz himayədarları var". 

 

Qeyd edək ki, Yuri Maksimov “Keşlə” ilə yeni 1 illik müqavilə imzalamağa razılıq verib.

Xəbər xətti