"Keşlə" 3 futbolçu ilə yeni müqavilə imzaladı

17:10 - 22 İyun 2018

“Keşlə” daha bir neçə futbolçusunu heyətdə saxlamağa qərar verib.

 

Sportal.az xəbər verir ki, Vaqif Cavadov, Orxan Sadıqlı və Ebrima Sohna paytaxt klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu daha bir il müddətinə “Keşlə”də çıxış edəcək.

 

Xatırladaq ki, “Keşlə” daha öncə Fuad Bayramov, Slavik Alxasov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Andre Klennon, Denis Silva, Cabir Əmirli və Murad Qayalı ilə müqavilə yeniləmişdi.

 

Bakılılar həmçinin “Sumqayıt”dan Azər Salahlı ilə Amil Yunanovu heyətə cəlb ediblər.

Xəbər xətti