"Keşlə" Estoniya klubuna məğlub oldu

01:29 - 4 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı kollektiv ikinci sınaq matçında Estoniya təmsilçisi “Levadiya” ilə qarşılaşıb.

 

Kızılcahamamda baş tutan oyun Bakı klubunun məğlubiyyəti ilə başa çatıb – 2:3.

 

İlk hissədə "Keşlə" hesabı açıb. Qolun müəllifi braziliyalı müdafiəçi Denis Silva Kruz olub. "Keşlə"nin ikinci qolunun müəllifi Azər Salahlı olub.

 

Xatırladaq ki, “Keşlə” Türkiyədəki ilk sınaq matçında Bosniya və Herseqovinanın “Çelik” klubuna 0:2 hesabıyla uduzmuşdu.

 

“Keşlə” son yoxlama matçını iyulun 6-da İranın "Traktor Sazi" komandasına qarşı keçirəcək.

 

Yoxlama oyunu

3 iyul

 

"Keşlə" - "Levadiya" 2:3

Xəbər xətti