İngiltərə millisinin üzvü Harri Keyn yığmanın əfsanəvi futbolçusu Qari Linekerin rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki, o, dünya çempionatında qol sayına görə Linekerə çatıb. Əfsanəvi hücumçu DÇ-1986-da Britaniya təmsilçisinin heyətində 6 qola imza atmışdı. Keyn isə DÇ-2018-də onun bu uğurunu 1/8 final matçındaca təkrar edib.
İngiltərə yığmasının 1/4 finala yüksəldiyini nəzərə alsaq, onun qol sayını artıraraq, Linekeri geridə qoyması da mümkündü.
saytlarin hazirlanmasi