"Keşlə"nin braziliyalı müdafiəçisi Denis Silva Kruz ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ötən mövsüm "Keşlə"nin heyətində Azərbaycan kubokunu qazanmaları haqda danışıb: "Zirəvəyə çatmaq üçün çalışmaq lazımdır. Artıq Azərbaycan kubokunda 4-cü medalımı əldə etmişəm. Premyer Liqada isə 3 dəfə qalib olmuşam. Bu uğurlara görə çox sevinirəm".
32 yaşlı futbolçu Azərbaycankı həyatından danışıb: "10 ildir bu ölkədəyəm. Özümü Azərbaycan vətəndaşı hesab edirəm. Artıq azərbaycanlıyam. Bu dildə danışa bilirəm. Tam bilməsəm də, ünsiyyət qura bilirəm. Qızım bu diyarda dünyaya göz açıb. Ailəmlə bura öyrəşmişik. Azərbaycanda uzun illər qalmaq istəyirəm və burada çox xoşbəxtəm. Amma nə vaxta kimi qalacağımı bilmirəm. Braziliyada ailəm və dostlarım üçün darıxıram. Amma fərqli ölkələrdə fərqli mədəniyyət gördüm, müxtəlif uğurlar qazandım. Xanımın və övladlarımın mənimlə olması vətən həsrətini bir qədər unutdurur".
Kruz Avropa Liqasına kökləndiklərini deyib: "Kubokun son qalibiyik. Avropa Liqasında ötən il çıxış etmişdik. Bu mövsüm yenidən avrokubok həyəcanı yaşayacağıq. Meydanda əlimizdən gələni edəcəyik".
Denis Silva 2008-2010-cu illərdə "Xəzər Lənkəran", 2010-2012 və 2013-2015-ci illərdə "Neftçi"də çıxış edib. O, 2015-ci ildən "Keşlə"də oynayır.
saytlarin hazirlanmasi