"Keşlə"nin oyununun yeri dəyişdirildi

11:44 - 8 İyul 2018

“Keşlə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” klubuna qarşı keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib. 

 

Sportal.az xəbər verir ki, qarşılaşma iyulun 12-də Ta Qalidəki “Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

 

Bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu iyulun 19-da Bakıda keçiriləcək.

Xəbər xətti