"Keşlə"də yeni müqavilələr qeyd alınıb..

 

Sportal.az xəbər verir ki, Sezar Meza Kolli və Əlibəy Məmmədlinin müqavilə müddətini uzadıb. Hər iki futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

 

Bundan başqa, yeni transferlər Miloş Bosançiç və Bahodir Nəsimovun paytaxt klubu ilə bağladığı müqavilənin müddəti də açıqlanıb. Onlar qarşıdakı mövsümün sonuna kimi "Keşlə"nin formasını geyinəcəklər.