“Keşlə” klubu baş məşqçi Yuri Maksimovun istefası ilə bağlı rəsmi məlumat yayıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayımlanan açıqlamada bunlar qeyd olunub:
“Keşlə” FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. “Keşlə” FK-nın rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır”.
Qeyd edək ki, Maksimov "Keşlə"yə ötən mövsüm Azərbaycan kubokunu qazandırıb.
saytlarin hazirlanmasi