"Keşlə"nin futbolçusu müqavilə imzalamaq üçün Azərbaycanı tərk etdi

12:20 - 3 Avqust 2018

Sezar Meza Kollinin "Keşlə"dən ayrılması haqda xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, Rumıniyanın "Universitatya Krayova" klubu ilə anlaşan paraqvaylı yarımmüdafiəçi adıçəkilən ölkəyə yola düşüb. Onun transferi 48 saat ərzində rəsmiləşəcək.

 

Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Çezena", "Alaves", "Pavia" və "Zirə" kimi komandalarda forma geyinib.

Xəbər xətti