Samir Məsimov Azərbaycan klubunda

01:24 - 5 Avqust 2018

U-21 milli komandamızın sabiq futbolçusu Samir Məsimov özünə yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Keşlə”nin düşərgəsinə dəvət olunub. O, “Qəbələ” ilə yoxlama görüşündə də meydana buraxılıb. Məsimovun məşqçilər korpusunun etimadını qazanıb-qazanmayacağına isə yaxın günlərdə aydınlıq gələcək.

 

Xatırladaq ki, Məsimov son olaraq Rusiyanın “Fakel” klubunda çıxış edib. Amma bu komandada heyətə düşməyən yarımmüdafiəçi uzun müddət idi futbol oynamırdı (Futbolinfo.az).

Xəbər xətti