"Keşlə"nin futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi Qambiyanın AFCON 2019 təsnifat mərhələsi çərçivəsində Əlcəzair milli komandasına qarşı keçiriləcək matçda iştirak edəcək.
Qeyd edək ki, sözügedən oyun sentyabrın 8-də Qambiyada keçiriləcək.
saytlarin hazirlanmasi