Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə "Keşlə" iki yoxlama matçı keçirməyi planlaşdırır.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu sentyabrın 2-də “Səbail”lə qarşılaşacaq. Oyun "Bayıl Arena"da baş tutacaq. Qarşılaşmanın saatı açıqlanmayıb.
İkinci yoxlama matçı isə “Sabah”la keçiriləcək. Matç sentyabrın 9-da, saat 17.30-da "Əlincə Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi