Sabiq "Qarabağ"lı Super Liqada

01:42 - 31 May 2019

Türkiyə Super Liqasına vəsiqə qazanan üçüncü komanda bəlli olub.

 

Sportal.az xəbər verir ki, I Liqanın pley-off mərhələsində "Hatayspor"la "Qaziantep BB" qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

 

Penaltilər seriyasında "Qaziantep BB" qalib olub və komanda Super Liqaya vəsiqə qazanıb.

 

Qaziantep təmsilçisinin baş məşqçisi Mehmet Altıbarmaq ötən mövsüm "Ərzurumspor"u Super Liqaya yüksəltmişdi.

 

Daha öncə "Dənizlispor"la "Gənclərbirliyi" Super Liqaya yüksəlmişdi.

 

Qeyd edək ki, 2015-ci ildə "Qarabağ"da çıxış etmiş Raydell Pupon "Qaziantep BB" klubunda çıxış edir. Matçda sonadək oynayan hücumçu mövsümü 9 qolla tamamlayıb.

Xəbər xətti