"Tobol" "Astana"ya uduzdu, Emil Balayevin uğurlu seriyası qırıldı - VİDEO

00:09 - 6 İyul 2019

Qazaxıstan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” evdə “Astana” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

 

Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

Ardıcıl 7 oyunda qapısını toxunulmaz saxlayan 25 yaşlı əlcək sahibinin uğurlu seriyası bu matçda qırılıb.

 

“Tobol”la “Astana” 38 xalla ilk iki pilləni bölüşür. "Astana" iki oyun çox keçirib.

 

Xəbər xətti