Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç matçı keçirilib.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə III təsnifat mərhələsində Portuqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar klubu Yunanıstanda “Olimpiakos”a böyük hesabla uduzub - 0:4. 

 

Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz”la 2:2 hesablı heç-heçə edib.

 

Xorvatiya "Dinamo"su isə Norveçin “Rusenborq” komandasını qəbul edib və 2:0 hesablı qələbə qazanıb. 

 

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

 

“Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2

Qollar: Rocer Assale, 7, Qiyom Oaro, 76 (pen.) - Miloş Deqenek, 18, Mateo Qarsiya, 46

 

"Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0

Qollar: Bruno Petkoviç, 9 (pen.), Mislav Orşiç, 28

 

“Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0

Qollar: Migel Anxel Gerrero, 30, Lazar Randyeloviç, 78, 85, Daniel Podense, 89

Tarix: 22 Avqust [00:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2019
11  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio