Hakimi itələdiyi üçün Riberini ağır cəza gözləyir

17:17 - 28 Oktyabr 2019

"Fiorentina"nın futbolçusu Frank Riberi İtaliya A Seriyasının IX turunda "Latsio" ilə matçda (1:2) köməkçi hakimi itələdiyi üçün cəzalana bilər.

 

Sportal.az xəbər verir ki, 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. 36 yaşlı yarımmüdafiəçi iki dəfə laynsmanı itələyib. Riberi buna görə qırmızı vərəqə alıb.

 

Fransalı oyunçunun bu hərəkətinə görə bir neçə oyunluq cəzalandırılması gözlənilir.

Xəbər xətti