Braziliya millisinin keçmiş üzvü həbs edilə bilər

22:46 - 10 Dekabr 2019

Braziliya millisinin və “Roma”nın sabiq futbolçusu Mişel Bastos həbs oluna bilər.

 

Sportal.az xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirən 36 yaşlı futbolçu vergi saxtakarlığında və “çirkli pullar”ın yuyulmasında ittiham olunur. 

 

Əsas ittihamlardan biri onun 2018-ci ildə evini narkotik alverçisinə satması olub.

 

Bastos karyerası ərzində “Lill”, “Lion”, “Roma”, “Şaxtyor”, “Şalke” kimi klublarda çıxış edib. O, 10 dəfə formasını geyindiyi Braziliya millisində bir qol vurub.

Xəbər xətti