Ben Arfa La Liqa klubunda

01:14 - 28 Yanvar 2020

Ötən mövsüm "Renn"dən ayrılandan sonra klubsuz qalan Hatem Ben Arfa karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az "Mundo Deportivo"ya istinadə xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Valyadolid"ə keçib. La Liqa təmsilçisi təcrübəli futbolçu ilə danışıqları tamamlayıb. Madrid klubu tezliklə transferi rəsmən açıqlayacaq.

 

Fransa millisinin sabiq üzvü ötən mövsüm "Renn"də 41 oyuna 9 qol vurub, 6 assist edib.

 

Ben Arfa "Lion", "Marsel", "Nyukasl", "Hall Siti", "Nitsa", PSJ kimi klublarda çıxış edib.

Xəbər xətti