"Beşiktaş" misirli futbolçu üçün "Arsenal"a təklif göndərəcək

15:24 - 5 Aprel 2020

"Beşiktaş" "Arsenal"dan icarəyə götürdüyü Məhəmməd Əlnenni üçün London klubuna təklif göndərəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi misirli yarımmüdafiəçini yenidən 1 il icarəyə götürmək istəyir. "Ağ-qaralar" 27 yaşlı futbolçu üçün qarşı tərəfə icarə haqqı ödəmək istəmir. Tərəflər anlaşsa, "Beşiktaş" futbolçunun maaşını ödəyəcək.

 

Əlnenni bu mövsüm 28 oyunda 2 assist edib.

Xəbər xətti