Ruqaninin koronavirusa yoluxan sevgilisi: "Görüntülü zənglə kifayətlənirik"

"Yuventus"un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda COVID-19 pandemiyasına yoluxmalarından danışıb.

 

Sportal.az xəbər verir ki, televiziyada çalışan xanım jurnalist hələ də sağalmadıqlarını deyib:

 

"Koronavirusu yüngül keçirənlər üçün təyin edilən 20 gün müddətini keçdik, amma son yenə də müsbət çıxdı. Xəstəxanada gənc olduğum üçün təhlükənin az olduğunu dedilər. Buna görə özümə təsəlli verirəm. Ancaq Ruqani ilə görüşə bilmirik.

 

O, "Yuventus"un otelində qalır. Yalnız görüntülü zənglə kifayətlənirik. 4 aylıq hamiləyəm, buna görə mütəmadi həkimə getməliyəm. Uşağıma nəsə olmağını istəmirəm, çox narahatam".

 

Ruqani "Yuventus"da koronavirus yoluxan ilk futbolçu olub.

Tarix: 8 Aprel [14:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2020
20  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected]mail.ru | site by Five studio