Qarayev 1-ci, Muradov 500-cü - statistika

Azərbaycan Premyer Liqasının koronavirus pandemiyasına görə 2019/20 mövsümü “Qəbələ” üçün əlamətdar hadisə ilə yadda qalıb.

 

“Qırmızı-qaralar” Premyer Liqada 500-cü qolu vurub. Bu, “Zirə” ilə səfər matçına təsadüf edib. Rövlan Muradov tarixi qolun müəllifi olub.

 

Komandanın ilk qolu isə 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.

 

“Qəbələ”nin Premyer Liqada yubiley qolları

 

1-ci qol - 2006/07 mövsümü

Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1

50-ci qol – 2007/08 mövsümü

Azər Cabbarov - 18.05.2008. Qəbələ - Masallı - 1:1

100-cü qol - 2009/10 mövsümü

Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0

150-ci qol – 2011/12 mövsümü

Dodo - 11.09.2011. Qəbələ - Turan (Tovuz) - 2:1

200-cü qol - 2012/13 mövsümü

Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1

250-ci qol – 2013/14 mövsümü

Leonardo da Silva - 02.02.2014. Sumqayıt - Qəbələ - 0:3

300-cü qol – 2014/15 mövsümü

Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – Qəbələ – 0:4

350-ci qol – 2015/16 mövsümü

Aleksey Qay - 23.04.2016. Xəzər Lənkəran - Qəbələ - 0:1

400-cü qol – 2016/17 mövsümü

Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – Qəbələ - 1:1

450-ci qol – 2018/19 mövsümü

Asif Məmmədov - 12.08.2018. Qəbələ - Səbail (Bakı) - 3:0

500-cü qol – 2019/20 mövsümü

Rövlan Muradov - 01.03.2020. Zirə - Qəbələ - 1:2

Tarix: 13 May [16:21]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio