Robert Prosineçki "Trabzonspor"da?

22:50 - 31 İyul 2020

Baş məşqçi axtarışını davam etdirən "Trabzonspor" "Kayserispor"la müqaviləsi başa çatan Robert Prosineçki ilə görüşüb.

 

Sportal.az "Fanatik"ə istinadla xəbər verir ki, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib. "Bordo-mavilər" 51 yaşlı mütəxəssisə bu maaşı ödəməyə hazırdır.

 

Prosineçki ilə Super Liqaya vəsiqə qazanan "Hatayspor" da maraqlanır.

 

"Trabzonspor"un baş məşqçi postuna digər namizəd isə Abdullah Avcıdır. Türkiyəli mütəxəssisin maaş tələbi xorvatiyalı ilə müqayisədə daha çoxdur. Lakin klub daxilində yekun qərar verilməyib.

 

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Xəbər xətti