"Mançester Yunayted" "Portu"nun futbolçusunu hədəfə aldı

09:50 - 5 Avqust 2020

"Mançester Yunayted" "Portu"nun müdafiəçisi Aleş Telleşi transfer hədəfinə alıb.

 

Sportal.az "A Bola" nəşrinə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı futbolçu üçün tələb olunan 40 milyon avroluq məbləği aşağı salmağa çalışır.

 

"Portu" braziliyalı futbolçunu 2016-cı ildə "Qalatasaray"dan 6,5 milyon avroya transfer edib. Sol cinah müdafiəçisi ötən mövsüm 49 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

Xəbər xətti