Bütün oyunlar Azərbaycanda

16:06 - 10 Avqust 2020

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, üç təmsilçimiz birinci mərhələdə Şimali Makedoniya klubları rəqib olub. Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" "Silek"lə üz-üzə gələcək.

 

Avropa Liqasında çıxış edəcək "Neftçi" bu ölkənin "Şkupi" klubu ilə qarşılaşacaq. Turnirin debütantı "Sumqayıt" isə "Şkendiya" səddini keçməyə çalışacaq.

 

Püşk "Keşlə"ni Albaniya təmsilçisi "Laçi" ilə üz-üzə qoyub.

 

UEFA koronavirus pandemiyasına görə görüşlərin Azərbaycanda keçirilməsinə qərar verib. Şimali Makedoniyada infeksiya ilə bağlı çətin vəziyyət yarandığı üçün hər üç komanda matçlarını səfərdə keçirəcək.

 

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda, "Neftçi" "Bakcell Arena"da, "Sumqayıt" "Kapital Bank Arena"da, "Keşlə" isə "Dalğa Arena"da rəqiblərini qəbul edəcək.

 

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları avqustun 18-19-da baş tutacaq. Avropa Liqasında isə I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.

Xəbər xətti