"Qarabağ"a bir dəfə uğursuz olub - ÇL-də ilk dəfə oyun idarə edəcək

Ukraynalı FIFA referisi Yaroslav Kozık Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" matçının baş hakimi olacaq.
 
Sportal.az xəbər verir ki, ukraynalı referi daha öncə də Azərbaycan klublarının oyunlarına təyinat alıb. 

 

O, 2015/16 mövsümündə Avropa liqasının II təsnifat mərhələsində "İnter" - "Hafnarfyordur" (İslandiya) matçının baş hakimi olmuşdu. 2:2 hesabı ilə başa çatan görüşdə "İnter" növbəti mərhələyə vəsiqə qazanmışdı.

 

Kozık Bakıya növbəti səfəri 2016/17 mövsümündə olub. Ukraynalı ədalət təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Bakcell Arena"da Maltanın "Baltsan" klubuna 1:2 hesabı ilə uduzduğu görüşü idarə edib. Lakin "ağ-qaralar" ilk oyundakı 2:0 hesablı qələbə sayəsində mərhələ adlamışdı.

 

FIFA referisi 2019/20 mövsümündə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya" ilə oyununa təyinat alıb. O, Ağdam klubunun Tofiq Bəhramov adına Respublika stadionunda 0:3 hesabı ilə uduzduğu matçda dördüncü hakim olub.

 

Kozık 28 beynəlxalq oyun idarə edib. 39 yaşlı referi ilk dəfə Çempionlar Liqasının qarşılaşmasına təyinat alıb.

Tarix: 13 Avqust [10:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2020
23  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio