Səfərdə 70-ci, Qurbanovdan ilk

Ruslan Qurbanov “Zirə”nin heyətində ilk qolunu vurub.

 

Sportal.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının II turunun “Səbail”lə səfər oyununda fərqlənib. Penaltini dəqiq yerinə yetirən Qurbanov 2:1 hesablı qələbəyə töhfəsini verib. O, qol hesabını komandadakı 2-ci matçında açıb. Ruslan “Zirə”nin heyətində rəqib qapısına yol tapan 43-cü futbolçudur. Bunadək 42 oyunçu qol vurmağa müvəffəq olub.

 

Qurbanovun qolu həm də yubiley xarakteri daşıyıb. “Zirə” Azərbaycan Premyer Liqasında 70-ci səfər qolunu vurub. Bu, rəqib meydanındakı 72-ci görüşə təsadüf edib. "Qartallar" 2018/19 mövsümündə 17, 2015/16 və 2017/18 mövsümlərində 15, 2016/17 mövsümündə 11, ötən çempionatda 11 dəfə rəqib meydanında qol vurubsa, cari turnirdə artıq 3 dəfə fərqlənib.

 

“Zirə” son 4 çempionat matçını qolsuz tərk etmir.

 

Tarix: 15 Sentyabr [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2020
23  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio