Azərbaycan Kubokunun püşkü atıldı - YENİLƏNİB

11:25 - 24 Noyabr 2020

Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbir saat 13:00-da başlayıb. Mərasim Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.

Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası və I Divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılıb.

Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də 1/8 final mərhələsi ilə start veriləcək.

Ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Azərbaycan Kuboku
Püşkatma

1/8 final


"Səbail" - "Zaqatala"
"Turan Tovuz" - "Qəbələ"
"Sabah" - "Kəpəz"
"Qaradağ Lökbatan" - "Zirə"

1/4 final mərhələsinin cütləri

"Sumqayıt" / "Zaqatala" - "Səbail"
"Keşlə" / "Kəpəz" - "Sabah"
"Qarabağ" / "Turan Tovuz" - "Qəbələ"
"Neftçi" / "Qaradağ Lokbatan" - "Zirə"

Xəbər xətti