Avropa Liqası: 18 komanda növbəti mərhələdə

10:17 - 4 Dekabr 2020

UEFA Avropa Liqasının qrup mərhələsində Vturun oyunları keçrilib.

Sportal.az xəbər verir ki, matçların nəticələrinə əsasən, Çexiyanın "Slaviya" və Almaniyanın "Bayer", Şotlandiyanın "Reyncers", Portuqaliyanın "Benfika" və "Braqa", İspaniyanın "Qranada" və "Vilyarreal", Niderlandın PSV, İtaliyanın "Milan", Fransanın "Lill", İngiltərənin "Tottenhem", Belçikanın "Antverpen", Xorvatiyanın "Dinamo" və Serbiyanın "Srvena Zvezda" komandaları sona 1 tur qalmış pley-offa adlayıblar.

İtaliyanın “Roma”, İngiltərənin “Arsenal”, “Lester” və Almaniyanın “Hoffenhaym” komandaları növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin ediblər.

Xəbər xətti