"Bu arzuma "Qarabağ"da çatdım" - Pedro Enrike

12:12 - 11 Yanvar 2021

“Qarabağ”ın keçmiş futbolçusu Pedro Enrike müsahibə verib.

 

Sportal.az xəbər verir ki, hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisindəki günlərindən də danışıb.

 

Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə matçda (1:2) fərqlənərək Azərbaycan klubunun bu turnirdəki ilk qolunun müəllifi olan Pedro bununla arzusuna çatdığını söyləyib:

 

“Ürəyim ağrıyırdı, “Qarabağ”dan təklif gələndə PAOK-un prezidentindən məni sərbəst buraxmasını xahiş etdim. Arzum Çempionlar Liqasında oynamaq idi. Bu arzuma da çatdım”.

 

Pedro, 2017/18 mövsümünü “Qarabağ”da keçirib. Yarımmüdafiəçi “köhlən atlar”da 19 oyuna 3 qol vurub.

Xəbər xətti