Bəxtiyar İsveç klubu ilə müqavilə imzaladı

16:50 - 14 Yanvar 2021

"Səbail"dən ayrılan Bəxtiyar Rəhmani karyerasını İsveçdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, cənubi azərbaycanlı futbolçu I divizion təmsilçisi "Dalkurd" komandasına keçib. 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

"Dalkurd" klubunu 2004-cü ildə mardin kürdləri yaradıb. Klubun loqosunda Kürdüstan bayrağı təsvir edilib.

 

Bəxtiyar 2020-ci ilin noyabrında "Səbail"ə keçmişdi.

Xəbər xətti