"Beşiktaş" Halka müqavilə təklif edəcək

"Beşiktaş" Çinin "Şanxay SIPG" klubundan ayrılan Halkı heyətinə qatmaq istəyir.

 

Sportal.az "Milliyət" qəzetinə istinadən xəbər verir ki, xorvatiyalı oyunçu Mario Mancukiçi heyətinə qata bilməyən Türkiyə təmsilçisi hücum xəttindəki boşluğu Halkla doldurmağı planlaşdırır.

 

İstanbul klubu 34 yaşlı hücumçuya müqavilə təklif etməyi düşünür. "Qara qartallar" təcrübəli futbolçuya imza pulu vermək fikrində deyil. Əgər Halk şərtləri qəbul etsə, keçid rəsmiləşəcək.

 

Braziliya millisinin keçmiş üzvü 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. O, Çində illik 17 milyon avro maaş alırdı.

Tarix: 20 Yanvar [12:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2021
24  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio