Cerrard "Seltik"dəki istefadan danışdı

14:51 - 27 Fevral 2021

"Reyncers"iin baş məşqçisi Stiven Cerrard əzəli rəqibləri "Seltik"in baş məşqçisi Nil Lennonun istefa verməsinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, ingilis mütəxəssis buna təəccüblənmədiyini deyib:

 

"Lennonun istefası təəccüblü deyil. Başqa baş məşqçilərin və eləcə də onun başına gələn hadisəyə sevinən deyiləm. Ümid edirəm ki, Lennon yeni işində uğurlu olacaq. Şotlandiya belədir: əgər sizin üzərinizdə təzyiq yoxdursa, deməli, rəqibinizdədir. Əgər təzyiq sizin üzərinizdədirsə, rəqibinizin yaxşı formada olmasına görədir. Şotlandiyada işlər rahat deyil".

 

"Reyncers" 30 turdan sonra 82 xalla Premyer Liqanın lideridir. "Seltik" 64 xalla 2-ci sırada qrarlaşıb. "Reyncers" ardıcıl 9 il çempion olan "Seltik"in tilsimini bu mövsüm qırmağa hazırlaşır.

Xəbər xətti