Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

13:07 - 2 Mart 2021

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparıldığı və əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. Görüş Alanyadakı "Oba" stadionunda keçiriləcək.

 

Oyunun saatı ilə bağlı məlumat veriləcək.

 

Türkiyə və və Azərbaycan milli komandaları arasında ötən ilin may ayında da yoxlama görüşü keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu görüş təxirə salınmışdı.

 

Bu ilki qarşılaşma Türkiyə millisinin "Avro-2020"nin final mərhələsinə hazırlığı çərçivəsində keçiriləcək.

Xəbər xətti