Rüstəm Orucovdan bürünc medal

19:09 - 6 Mart 2021

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

 

Sportal.az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.

 

Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Xəbər xətti