APOEL-in sabiq vitse-prezidenti "Qarabağ"la oyun haqda: "Türkiyə ilə əlaqələrinə görə onlara aqressivik"

19:28 - 4 Avqust 2021

APOEL-in sabiq vitse-prezidenti Vassos İliadis AEL-in(Limassol) Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a qarşı şanslarından danışıb.

 

Sportal.az xəbər verir ki, kiprli futbol adamı Ağdam klubu haqda bunları deyib:

 

“Qarabağ” çətin rəqibdi. Onların Türkiyə ilə olan dostluq əlaqələrinə görə, onlara qarşı aqressivik. İndi onların başqa komandası var. Azərbaycanda futbola sərmayələr qoyulur. Amma AEL də vəsaitindən düzgün istifadə edir. Ki, adadakı bir çox komandaların həsəd aparacağı məqamdı. Şanslar 50/50-di. Kipr üçün mübarizə aparan bütün komandalarımıza uğurlar arzulayıram”.

Xəbər xətti