21 yaşlı futbolçu homoseksual olduğunu etiraf etdi - VİDEO

17:05 - 27 Oktyabr 2021

Avstraliyanın “Adelayd Yunayted” klubunun 21 yaşlı futbolçusu Coş Kavallo tvitter hesabında paylaşdığı video ilə gündəmi zəbt edib.

Sportal.az xəbər verir ki, o, homoseksual olduğunu etiraf edib:

“Homoseksual olduğumu biləndə insanların mənim haqqımda fərqli düşünəcəyini ehtimal edirdim. Onların mənimlə fərqli davranmağa başlayaraq, haqqımda pis sözlər deməyə və ələ salmağa başlayacaq. Amma bu belə deyil. İstənilən halda hər zaman hörmətə layiqsiniz.

Homoseksual futbolçu kimi bilirəm ki, özünü gizlətməyən başqa oyunçular da var. Futbolun hər kəs üçün açıq olduğunu və onların özləri kimi olmaq hüququna layiq olduqlarını göstərmək üçün bunu dəyişdirməyə kömək etmək istəyirəm". 


2021-ci il fevralın 18-də “Adelayde Yunayted”lə qısamüddətli müqavilə imzalayan Kavallo özünü sübut etdikdən sonra klub ona 2 illik müqavilə təklif edib. 

Xəbər xətti