Messi PSJ-nin matçını buraxa bilər

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 21-ci turunun "Brest"lə oyunu buraxa bilər. 

 

Sportal.az xəbər verir ki, argentinalı forvard  koronavirusdan sonra bərpa olunmağa davam edir. 34 yaşlı oyunçu komandadan ayrı məşq edir.

 

Messi hələ bu il meydançaya çıxmayıb. Koronavirus səbəbindən o, yanvarın 9-da keçirilən "Lion"la görüşü (1:1) buraxıb.

 

Qeyd edək ki, PSJ - "Brest" matçı yanvarın 15-də keçiriləcək.

Tarix: 13 Yanvar [19:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio