"Neftçi"nin futbolçusu Afrika Millətlər Kuboku ilə vidalaşdı - VİDEO

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kanenin şərəfini qoruduğu Qvineya milli komandası Qambiya ilə qarşılaşıb. Rəqibinə 0:1 hesabı ilə məğlub olan Qvineya yığması turnirdə mübarizəni dayandırıb.

 

Mamadu Kane bu qarşılaşmanın iştirakçısı olmayıb. 25 yaşlı yarımmüdafiəçi görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qvineya - Qambiya 0:1

Qol: Musa Barrou, 71

 

Tarix: 25 Yanvar [11:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio