AFFA prezidenti "Qarabağ" - "Zirə" oyununu izləyəcək - FOTOLAR

18:50 - 27 May 2022

Bu gün keçiriləcək Azərbaycan kubokunun final matçını yüksək vəzifəli şəxslər də izləyəcək.

Sportal.az saytının məlumatına görə, "Qarabağ" və "Zirə" klubları arasında oynanılacaq matçı izləmək üçün AFFA prezidenti Rövnəq Abdullayev də Qəbələ şəhər stadionuna təşrif buyurub. Onu federasiyasının baş katibi Sərxan Hacıyev qarşılayıb.

Qarşılaşma 19:00-da start götürəcək.
 

 

 

Elçin Əlixan, Qəbələ

Xəbər xətti