"Roma" "Borussiya"nın futbolçusu Manuel Akanjini transfer etmək istəyir.
Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, İtaliya klubu müdafiəçini heyətinə qatmaq üçün Dortmund təmsilçisi ilə danışıqlara start verib.
"Borussiya" ilə müqaviləsi 2023-cü ildə başa çatacaq futbolçu özü İtaliya paytaxtına köçməyə hazırdı. Klublar arasında danışıqlar müsbət yekunlaşsa, Akanji artıq bu mövsümdən "Roma"da oynayacaq.