Türkiyə millisində ciddi itki: "Borussiya"nın futbolçusu zədələndi

18:53 - 19 Sentyabr 2022

Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Salih Özcan sıradan çıxıb. Bundesliqanın 7-ci turunun "Şalke" ilə matçında (1:0) zədələnən 24 yaşlı futbolçu millinin düşərgəsinə qoşulmayıb.

 

Salih Özcanın əvəzinə yığmaya "Fənərbaxça"dan İsmail Yüksək və "Ankaragücü"dən Tolqa Ciyerci dəvət olunub.

 

Qeyd edək ki, Türkiyə milli komandası UEFA Millətlər Liqasında sentyabrın 22-si Lüksemburqla, 25-i isə Farer Adaları yığması ilə qarşılaşacaq.

Xəbər xətti