Millinin sabiq üzvü zədələndi, klubu müqaviləsinə xitam verdi

İtaliya millisinin sabiq üzvü Andrea Ranokkya "Monza"dan ayrılıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub 34 yaşlı futbolçunun müqaviləsinə xitam verib. Buna səbəb isə futbolçunun zədələnərək uzun müddətə sıradan çıxmasıdı.

Minimum üç ay oynamayacaq təcrübəli futbolçunun bərpa prosesini keçib sıraya dönməsi də müəyyən vaxt aldığından A seriyasının təmsilçisi onu gözləməyə lazım bilməyib.

Ranoka yayda "İnter"dən "Monza"ya keçmişdi. 

Tarix: 22 Sentyabr [12:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio