"Araz-Naxçıvan"dan "Neftçi"yə 4 qol

Bu gün futzal üzrə Yüksək Liqanın IV turundan təxirə salınmış oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, lider “Araz-Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb. Alesio komandasını matça məhdud heyət çıxarıb. Belə ki, 5 futzalçı ilə vidalaşan “Araz-Naxçıvan” 2-si qapıçı olmaqla ümumilikdə 8 nəfərlə mübarizə aparıb. Anderu Varqas zədəli, Fərid Ələkbərov isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyib. Əjdər Əjdərov, Namiq Məmmədkərimov və Məhəmməd Abbasov isə qarşı tərəfdən oyunu buraxırıb. Gərgin keçən matçın birinci hissəsində cəmi 1 qol vurulub. Son dəqiqədə Ramiz Çovdarovun ötürməsini Oktay Rüsttəmli ünvana yollamaqla hesabdakı tarazlığı pozub. İkinci hissədə “Neftçi” ardıcıl iki qol vurmaqla hesabı lehinə dəyişsə də, üstünlüyünü qoruya bilməyib. Bu azmış kimi, paytaxt təmsilçisinə bir zərbə də Jafaridən gəlib. İkinci sarı-qırmızı vərəqə alan futzalçı 32-ci dəqiqədə meydanı tərk etməli olub. Rəqibin azlıqda qalmasından maksimum istifadə edən “Araz-Naxçıvan” yenidən önə keçib. Çovdarovun ötürməsini bu dəfə Ponce tora qovuşdurub. 35-ci dəqiqədə “Neftçi” yenidən azlıqda qalıb. Bu dəfə İlkin Hacıyev birbaşa qırmızı vərəqə aldığına görə, meydanı tərk etməli olub. Bu dəfə də Katatau azlıqda qalan rəqibi cəzalandırdı.

 

“Araz-Naxçıvan” – “Neftçi” İK (1:0) 4:2

Qollar: Oktay Rüstəmli, 19:03, Viktor Ponce, 31:15, 32:41, Katatau, 35:59 // Nurlan Mehdizadə, 28:08, Rüfət Balakişiyev, 29:51

 

Araz-Naxçıvan

19. Cavad Məmmədov (q), 6. Viktor Ponce, 7. Ramiz Çovdarov, 17. Felipinyo, 21. Katatau, 1. Azər Fərmanov (q), 9. Oktay Rüstəmli, 14. Xəzər Ağalızadə

 

Baş məşqçi: Joze Alesio Da Silva

 

Neftçi İK

1. Emin Kürdov (q), 7. İlkin Hacıyev, 9. Nurlan Mehdizadə, 10. Rüfət Balakişiyev (k), 11. Hasan Ali Jafari, 12. Anar Məmmədov (q), 3. Kənan Manafov, 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 17. Asif Zeynalov, 38. İbrahim Zeynalov, 94. Rüstəm Bağırov

 

Baş məşqçi: Hacıbala Abdullazadə

Tarix: 21 Noyabr [21:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio