İslam Slimani Belçika klubuna keçdi

14:10 - 1 Fevral 2023

"Fənərbaxça"nın sabiq futbolçusu İslam Slimani karyerasını Belçikada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Fransanın "Brest" klubundan ayrılan 34 yaşlı hücumçu "Anderlext"ə transfer olub. Bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əlcəzairli forvard mövsümün sonuna kimi "Anderlext"də çıxış edəcək.

 

Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində "Sportinq"dən "Brest"ə keçmişdi. Təcrübəli oyunçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti