“Qrasshopper”in azərbaycanlı hücumçusu Renat Dadaşov İsveçrə kubokunun 1/8 finalında “Bazel”lə bu gün keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan millimizin forvardı ölkə kubokunda uğur qazanmaq istədiklərini bildirib:
“Kubok həmişə xüsusi turnirdir. Biz bütün gücümüzü meydanda qoyacağıq. Çünki kubokda yolumuza davam etmək istəyirik. Azarkeşlərimizlə birlikdə bunu reallığa çevirmək olar”.
saytlarin hazirlanmasi