Dadaşov "Şalke"dən ayrılması barədə: "Yüksək yerlər üçün oynamaq istəyirəm"

20:49 - 23 May 2023

"Şalke-2"nin azərbaycanlı hücumçusu Rüfət Dadaşov komandanı tərk etmə səbəbindən danışıb.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Helzenkirhen təmsilçisinin ikinci komandası millimizin sabiq forvardına yeni müqavilə təklif edib. Amma Dadaşov daha iddialı klubda oynamaq üçün oradan ayrılıb: "Yenidən yüksək yerlər üçün oynamaq istəyirəm".

O, həmçinin 2017/18 mövsümündə oynadığı “Dinamo”dan ayrıldıqdan sonra həyat yoldaşı və ailəsinin hələ də Berlində yaşadığını açıqlayıb. 
Adıçəkilən kluba qayıdan Rüfət keçidini belə şərh edib: “Evimə qayıdıram".

Rüfət Dadaşov yeni mövsümdən əvvəlki komandası olan "Dinamo"(Berlin) ilə müqavilə imzalayıb.
 

Xəbər xətti