"Ayaks" baş məşqçi ilə bağlı qərar verdi

19:30 - 1 İyun 2023

Niderlandın "Ayaks" klubu baş məşqçi Con Heytinqa ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi 39 yaşlı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandaya yeni baş məşqçi axtarışları davam edir.

Qeyd edək ki, Con Heytinqa bu ilin yanvar ayında "Ayaks"ın baş məşqçisi təyin olunmuşdu. "Ağ-qırmızılar" ölkə çempionatını 69 xalla 3-cü pillədə tamamlayıb.

Xəbər xətti