"Qəbələ"nin futbolçusu Serbiyaya qarşı oynayacaq

15:16 - 3 İyun 2023

"Qəbələ"nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yığmanın yoldaşlıq oyunları və Avstriya toplanışında iştirak edəcək.

Omarın heyətində yer aldığı komanda bu ay iki yoldaşlıq oyunu keçirəcək. İordaniya millisinin ilk rəqibi Serbiya olacaq. Bu matç iyunun 16-da Vyanada keçiriləcək. Üç gün sonra asiyalılar Viener Neuştadtda Yamayka yığması ilə qarşılaşacaq."Qəbələ"nin futbolçusu Serbiyaya qarşı oynayacaq

Xəbər xətti