Millimizin üzvü oynadı, komandası səfərdə qalib gəldi

20:49 - 7 İyun 2023

Futbol üzrə Cənubi Koreya çempionatında 17-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" səfərdə "Kanvon"la qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu oyunun iştirakçısı olub. 24 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

17 turdan sonra 25 xal toplayan "Tecon Xana Sitizen" 12 komanda arasında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti