"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Avropanın nəhəng klublarının transfer siyahısına daxil olub.
Sportal.az xəbər verir ki, "Barselona" və PSJ nigeriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
İstanbul təmsilçisi Osimheni qışda satmaq fikrində deyil. Onu heyətinə qatmaq istəyən klublar mövsüm başa çatdıqdan sonra "sarı-qırmızılar"a təklif göndərə bilər.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 2024-cü ilin yayında "Napoli"dən transfer edib. Super Liqa təmsilçisi bu ilin iyun ayında 75 milyon avro ödəyərək 26 yaşlı forvardın transfer hüquqlarına yiyələnib. Nigeriya millisinin üzvü cari mövsümdə "cim bom"un heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol vurub. Onun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
